Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

G7 LİDERLƏRİ PUTİNİ ƏLƏ SALDILAR – “Gəlin ona əzələlərimizi göstərək” +FOTO

“Biz Putindən daha sərt olduğumuzu göstərməliyik”

Yenixeber.org: Ötən gün Almaniyada baş tutan G7 Sammitində maraqlı anlar yaşanıb. Rusiyanın işğalçı siyasətinə qarşı birlik mesajı verən G-7 liderləri fotesessiya zamanı Vladimir Putinin “maço” hərəkətlərini ələ salıblar.

G-7 liderlərinin bəziləri pencəklərini, qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açaraq, Putinin bir neçə il öncə at üzərində çəkdirdiyi yarı-çılpaq fotolar üzərindən onu ələ salıblar.

Məlumatda qeyd olunur ki, fotosessiya zamanı Böyük Britaniyanın baş naziri Boris Conson digər həmkarlarından pencəklərini çıxarmaq və ya soyunmaq lazım olub-olmadığını soruşub.

Kanadanın baş naziri Castin Trüdo isə “ata minəcəyik?” deyə sual edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə ona cavabında bildirib ki, “Bəli, at sürmək yaxşı fikirdir”.

Daha sonra Consonun “Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsindən sonra liderlər gülüblər.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam