Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“PUTİN YALNIZ BU HALDA DANIŞIQLARA GEDƏCƏK” – “Bunun üçün tam axmaq olmaq lazımdır...”

“Bu şəhərləri işğal etmiş elit hərbi qüvvələr demək olar ki, məhv ediliblər. Ona görə də düşmənə yenidən qüvvə tapmaq lazımdır”.

Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri, hərbi ekspert Aleksey Arestoviç “Rada” kanalının suallarına cavab verərkən deyib. Söhbət Kiyev vilayətindən, Kiyev ətrafındakı şəhərlərdən – Buça, İrpen, Qostemel, eləcə də Sumı və Çerniqov istiqamətindən gedir.

Arestoviç bildirib ki, Rusiyanın Ukrayna tərəfindən azad edilmiş və nəzarətə götürülmüş həmin şəhərlərə və ərazilərə qayıtması praktiki olaraq mümkünsüzdür: “Bu, praktiki olaraq qeyri-realdır. Bunun üçün tam axmaq olmaq lazımdır, hətta ruslardan da artıq. Bu dəfə onlar üçün daha da çətin olacaq, çünki biz daha hazırlıyıq. Bu, mümkünsüzdür”.

Prezident Ofisi başçısının müşaviri Putinlə Volodimir Zelenskinin mümkün görüşü perspektivinə də toxunub. 

O, bildirib ki, bunun üçün Putin öncə döyüş meydanında hansısa nailiyyət və psixoloji üstünlük qazanmaq istəyir: “Putinə Zelenski ilə birbaşa danışıqlara gəlmək üçün “psixoloji qələbə” lazımdır”.

 

 

Arestoviçin fikrincə, bu “psixoloji qələbə” Mariupolun tam işğalı, yaxud Xarkovun tutulması, ya da Donbasda Ukrayna hərbi qruplaşmasının mühasirəyə alınması ola bilər. Ancaq ekspert bütün bunların heç də asan olmayacağını və Ukraynanın özünü müdafiə etmək qabiliyyətində olduğunu bildirib.

Xatırladaq ki, bundan öncə Volodimir Zelenski Buça şəhərində törədilən qətliama rəğmən, Putinlə görüşməyə hazır olduğunu demişdi. Lakin belə bir görüşün ümumiyyətlə olmayacağını da istisna etməmişdi.(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam