Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki...- DÖVLƏTİN PULLARI HANI?/FOTOLAR

Azərbaycanda keçirilən, dövlət qurumları tərəfindən elan edilən tender layihələrinin də ölkənin daha bir həlli mümkünsüz ciddi probleminə çevrildiyi heç kəsə sirr deyil. Yatırımlar sahəsində ciddi pozuntular, əsaslı vəsait qoyuluşunda qeyri-şəffaflıq, dövlət satınalmalarında şok yaradan korrupsiya, büdcə qanunvericiliyinin pozulması… kimi neqativ amillər ədalətli keçirilməyən əksər tenderlərin boğazından asılmış zəncir kimidir — dartsan da açılan deyil. 

Yenixebeorg.com: Dövlət qurumlarının saysız-hesabsız tender fırıldağı birbaşa iqtisadi inkişafa, rəqabət mühitinə və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə çox ciddi ziyan vurur — Goranboy rayonundakı kimi. Bu bölgədə tenderlərin elan olunmasından, onların nəticələrinin açıqlanmasınadək pozuntular kifayət qədər olur.

Bunun acı nəticəsidir ki, rayonun mərhum rəhbəri Nizaməddin Quliyevdən sonra, indiki icra başçısı Məhərrəm Quliyev bölgədə heç bir abadlıq və quruculuq işləri aparmayıb. Yerli sakinlərin dediyi kimi, Goranboy gündən-günə dağılır, infrastruktur getdikcə çökür.

Məhərrəm Quliyevin rəhbərlik etdiyi Goranboy Rayon İcra Hakimiyyəti və tabeliyində fəaliyyət göstərən qurumların son dövrlərdə bağladığı satınalma müqavilələri ilə bağlı Arazpress.com xəbər portalının əməkdaşlarının apardıqları araşdırmalar da diqqətçəkən rəqəmləri üzə çıxarıb. Konkret desək, dövlət satınalmaları üzrə məlumatların təhlili göstərir ki, təkcə Goranboy şəhər inzibati ərazisi üzrə həyata keçirilən bir-neçə tenderin ümumi məbləği təxminən 961 min manata yaxın olub. Tenderlərin əsas hissəsi isə şəhərdə abadlıq işləri, yolların əsaslı təmiri və yaşayış binalarının yenidən qurulması adı altında rəsmiləşdirilib.

Araşdırma zamanı məlum olub ki, iri məbləğli satınalmaların böyük hissəsi eyni şirkətin — “Star Təmir Construction” MMC-nin üzərinə düşür. Şirkətin qısa müddət ərzində ard-arda bir-neçə iri tenderin qalibi olması isə, ortada müəyyən suallar doğurur. Tender sənədlərinə əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ilk iri satınalma “Goranboy şəhərində abadlıq işləri” adı altında keçirilib. Bu müqavilə üzrə qalib yenə də “Star Təmir Construction” MMC olub və şirkətə 294 min 792 manat 16 qəpik vəsait ayırılıb.



Bundan başqa, həmin şirkətlə S. Vurğun küçəsi, 15 və 17 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə bağlı daha bir müqavilə bağlanıb. Bu tender üzrə dövlət büdcəsindən 155 min 780 manat 95 qəpik ödəmə nəzərdə tutulub.

Ən iri satınalmalardan biri isə şəhər yollarının əsaslı təmiri ilə bağlı olub. Rəsmi məlumatlara görə, “Goranboy şəhərində yolların əsaslı təmiri” işləri üçün keçirilən tenderin qalibi yenə “Star Təmir Construction” MMC seçilib və müqavilənin ümumi dəyəri 485 min 332 manat 97 qəpik təşkil edib.

Beləliklə, təkcə bir şirkətə verilən üç əsas tenderin ümumi məbləği 935 min manatdan artıq edir. Bu isə Goranboy şəhəri üzrə ayrılmış vəsaitlərin demək olar ki, əsas hissəsinin eyni podratçıya yönləndirildiyini göstərir.

Araşdırmalar zamanı diqqət çəkən digər məqamlardan biri də layihə-smeta sənədlərinin hazırlanması üçün ayrıca satınalmaların keçirilməsidir. Belə ki, “Huseynli Partners Architecture and Construction” MMC ilə abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 6 min 489 manatlıq müqavilə bağlanıb. Digər satınalma isə, “Kon-Lay Project” MMC ilə həyata keçirilib. Müqaviləyə əsasən, yaşayış binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasına görə şirkətə 6 min 950 manat ödənilməsi nəzərdə tutulub. Müqavilənin başlanma tarixinin 29 may 2025-ci il olduğu göstərilir.



Bununla yanaşı, çoxmərtəbəli yaşayış binalarında lift təsərrüfatına texniki qulluq və cari təmir işləri də ayrıca tender predmeti olub. Bu istiqamətdə keçirilən satınalmanın qalibi “Real-3” müəssisəsi olub və şirkətlə 9 min 882 manat 50 qəpik məbləğində müqavilə bağlanıb.

Araşdırma zamanı əldə olunan məlumatlar göstərir ki, Goranboy Rayon İcra Hakimiyyətində son dövrlər əsas prioritet istiqamətlərdən biri məhz abadlıq və tikinti layihələri olub. Rəsmi məlumatlarda rayon rəhbərliyinin şəhərdə infrastruktur və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər gördüyü qeyd edilir.

Lakin diqqət çəkən əsas məqamlardan biri tenderlərin eyni şirkətin ətrafında cəmləşməsidir. Açıq mənbələrdə yayılan məlumatlara görə, “Star Təmir Construction” MMC 2021-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı cəmi 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisinin Zaur Maarif oğlu Əsgərov olduğu göstərilir. Açıq resurslarda şirkətin geniş fəaliyyəti və ya iri tikinti layihələri üzrə təcrübəsi barədə geniş məlumatların olmaması da suallar doğuran məqamlardan hesab olunur.

Mütəxəssislər hesab edir ki, dövlət vəsaiti hesabına həyata keçirilən iri satınalmalar zamanı şəffaflıq, rəqabətlilik və ictimai hesabatlılıq xüsusi önəm daşımalıdır. Çünki milyonlarla manatlıq layihələrin eyni şirkətlərə yönləndirilməsi gələcəkdə həm maliyyə səmərəliliyi, həm də işlərin keyfiyyəti ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi. Buna görə, Arazpress.com bu mövzuda araşdırmalarını davam etdirir. Tezliklə daha maraqlı yazımızı dərc etməyi planlaşdırırıq. Bizi izləyin.

Məhi ELSEVƏR /Arazpress.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam