Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Gömrük Komitəsi neomonopolist sistem qurub” - Sabiq deputat - Video

 

“Gömrük Komitəsi neomonopolist sistem qurub” - Sabiq deputat -

“Gömrük Komitəsi daha çox regionçuluğa bağlı olan, daha çox korrupsiyaya bulaşan, özü haqqında daha çox mənfi fikir formalaşdıran bir qurumdur”.

Yenixeber.org: Bu fikirləri "Yenicag.az"-ın “Müzakirə vaxtı” verilişinin qonağı olan keçmiş millət vəkili Nazim Bəydəmirli Gömrük Komitəsinin fəaliyyətini qiymətləndirərkən deyib.

Nazim Bəydəmirli bildirib ki, Gömrük Komitəsinin qurduğu neomonopolist sisteminin necə işləməsinin şəxsən şahididir:

“Sahibkarlığın əsas mahiyyəti ondan ibarətdir ki, daha çox qazansın, daha çox vergi ödəsin. Əgər Azərbaycanda şəffaf vergi sistemi qurulubsa – fakt qurulub – vətəndaş malı idxal edərkən çox vəsait ödəyirsə, istənilən halda bu vəsaiti malın maya dəyərinin üstünə gələcək.

İki şirkət götürək, tutaq ki onlardan biri neomonopolistlərindir, o şirkət həmin malı bəyan etdiyi qiymətlə rəsmiləşdirir, ikincisi isə qanunsuz olaraq, öz bildiyi qiyməti tətbiq edir. Belə olduqda, malın satışında problemlər yaranır”.

Keçmiş millət vəkili Gömrük Komitəsinin proqnoz göstəricilərindəki artımın uğur kimi təqdim olunması haqda bunları deyib:

“Proqnoz göstəricilərinin artması həm də ölkənin idxaldan asılılığının göstəricisidir. Bu, həm də əvvəlki illərdə dövlət büdcəsindən vəsaitlərin yayındırılmasının sübutudur. Dövlət büdcəsindən ildə 5-6 milyard manat yayındırılıb.

Gömrük sistemi bütün dünyada olduğu kimi, vergi sisteminin tərkibinə qatılmalıdır. Gömrük Komitəsinin topladığı rüsumların, proqnozların sırf 77 faizi vergidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam