Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Gömrük Komitəsi Prezidentin göstərişini sabotaj edir” –Gürcü maşınlarına qadağa qalmaqalı böyüyür

 

“Gömrük Komitəsi Prezidentin göstərişini sabotaj edir” –

“Gömrük Komitəsində qanunsuz olaraq Gürcüstan nömrəli avtomobillərə depozit tələb edərək Prezidentin göstərişini sabotaj edirlər”. 

Yenixeber.org: Bu barədə keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli bildirib. O, xatırladıb ki, bir neçə il bundan öncə Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı soydaşlarımızın müraciətini nəzərə alaraq, həmin depozit norması ləğv edilib. 

“Nazirlər Kabinetinin minik avtomobillərinin müvəqqəti idxalı ilə bağlı 305 saylı qərarında da heç bir depozit anlayışı yoxdur. Beləliklə, Gömrük Komitəsinin İçtimaiyyətlə əlaqələr şöbəsinin adından yayılan bəyanat həqiqəti əks etdirmir və əhalini çaşdırmağa yönəlib. Bu qurum həm də Prezidentin, Nazirlər Kabinetinin müvafiq qərarlarını pozur, öz bildikləri kimi yozurlar”, - Bəydəmirli bildirib.

İqtisadçı qeyd edib ki, ölkələrarası avtomobil tranziti və müvəqqəti idxal həm də dövlətlərarası müqavilələrə, beynəlxalq konvensiyalara uyğun tənzimlənir: “Eşitdiyimə görə Gürcüstan tərəfi də Azərbaycan gömrüyünün bu özfəaliyyətinə görə Gürcüstan ərazisinə daxil olan Azərbaycan nömrəli avtomobillərə 8000 lariyə qədər depozit almağı planlaşdırır”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam