Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Eldar Namazovun biznesi aşkarlandı-Ölkə xaricində

 Yenixeber.org: “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti Eldar Namazov siyasətlə bərabər, həm də bizneslə məşğul imiş. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır:

"Məlum olur ki, Eldar Namazov aktiv siyasi fəaliyyətə ara verdiyi illərdə sahibkarlıq fəaliyyətinə başlayıb.
Belə ki, 2016-cı ilin avqustunda cənab Namazov Batumidə AMİNA INCORPORATED LTD-ni qeydiyyatdan keçirib. Sənədlərdə qeyd olunur ki, şirkətin hüququ ünvanı Batumi, Apsaros III zolaq, ev 1, mənzil 5-dədir.
Şirkətin 50 faiz pay hüququ politoloqa, 50 faizi pay hüququ isə Lalə Əlibəyliyə aiddir.
Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində yer alan məlumatlara görə, şirkət qida sektorunda (heyvan yemlərinin istehsalı, emalı, topdan və pərakəndə satışı) fəaliyyət göstərir.

Eldar Namazov “Azərbaycan Naminə” İctimai Forumunun prezidentidir.
O, 1993 - 1999 - Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) vəzifəsində çalışıb".

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam