Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda qadınlar arasında kənd turizmin inkişafı

“Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Gəncə, Gədəbəy və Tovuzda qadınlar arasında kənd turizmin inkişafı ilə bağlı layihə həyata keçirəcək”.

Yenixeber.  Bu barədə Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, onlara maliyyə dəstəyi veriləcək və bu istiqamətdə bir sıra təşkilatlarla danışıqlar aparılır: “Belə ki, layihə çərçivəsində təlim, infoturlar və digər işlər həyata keçiriləcək”.

“Layihəyə mayın 15-dən sonra başlanılması nəzərdə tutulur”, - S.Babayeva vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Səkinə Babayeva bildirmişdi ki, sərhədyanı rayonlarda yaşayan qadınlara dəstək layihəsi çərçivəsində Tovuzda fəaliyyət göstərən qadın sahibkarlar üçün seminarlar təşkil olunacaq və onlara avadanlıqların alınmasında kömək göstəriləcək. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam