Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Rusiya neft paktının müddətini artırmağa razılıq verdi- VİDEO

Rusiya neft paktının müddətini artırmağa razılıq verdi

 

Birja həftəsinin ilk günü Rusiyanın energetika nazirinin açıqlamaları neftin bahalaşmasına səbəb olub

 

Yenixeber.org: Aleksandr Novak bazarda artıq balansın yaranmağa başladığını deyib. 

O bildirib ki, toplanan ehtiyatların 50 faizi isə artıq istifadə edilib. Nazir, eyni zamanda, neft sektoruna investisiyaların artmağa başladığını qeyd edib və bu üç amili hasilatın azaldılması haqqında razılaşmanın nəticəsi adlandırıb.

Nazir qeyd edib ki, pozitiv meyillərə rəğmən, balansın yaranmasına çox var, bu səbəbdən qlobal neft paktının müddətini artırmaq vacibdir. Rusiyanın qərarı dəstəkləməsi xəbərindən sonra birjalarda neftin qiyməti bahalaşmağa başlayıb.

Hazırda "Brent" markalı neftin bir bareli 63,9 dollardan satılır, Qərbi Texas nefti isə 58,73 dollara təklif olunur. İki marka arasında fərq 5 dollardan artıqdır, OPEK-in Vyana görüşü ərəfəsində bu fərqin 7 dollara kimi artacağı proqnozlaşdırılır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam