Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakıda həbs olunan silahlı ”razborşik” deputatın qohumudur

mader-musayev

Bir neçə gün əvvəl Bakıda silahla həbs olunan şəxslə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.

Xeberinfo.com:  Criminal.az-a verilən məlumata görə, paytaxtda silahla gəzən gənc deputatın qohumudur.

Həbs olunan şəxs Tural Əlikram oğlu Haqverdiyevdir. Onu bir neçə gün əvvəl Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tutub. “Volkswagen” markalı avtomobilinə baxış zamanı nömrəsi silinmiş “Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Nərimanov rayon Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, Tural Haqverdiyev millət vəkili Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına da müqavimət göstərib, onları yumruqla vurub.

T.Haqverdiyevin barəsində cinayət işi başlanıb. O, hazırda Şüvəlnda yerləşən istintaq təcridxanasında saxlanılır.

T.Haqverdiyevin kriminal aləmə yaxın olduğu deyilir. Tez-tez mübahisəli söhbətlərin həllində iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam