Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Səhiyyə nazirinin müavini dindirildi - "MTN işi"

123905_res_01

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib.

Xeberinfo.com:   Bu barədə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
Nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub. Virtualaz.org-un məlumatına görə, generalı Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına çağıraraq gələcəkdə öz vəzifəsində qalmaq üçün ondan “MTN-in ümumi kassasına” hər il 1milyon dollar pul köçürməsini tələb edib.

A.Çovdarov

A.Çovdarov

A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuraoru olan nazir müavini ElsevərAğayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib.
A.Məmmədov ərizəsində göstərib ki, E.Ağayev onun sualına sualla cavab verib: “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.
Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.
Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər.
İstintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam