Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

AGBank müflis olub?

 

Manatın növbəti devalvasiyasından sonra, bahalaşma ilə yanaşı, işsizlik qorxusu da cəmiyyətdə kök salmağa başlayıb.

 

Xeberinfo.com:   Son zamanlar redaksiyamıza daxil olan çoxsaylı müraciətlər onu deməyə əsas verir ki, artıq bu qorxu reallaşmağa başlayıb. Belə ki, redaksiyamıza məlumat verən AGBank əməkdaşlarından biri (artıq həmin şəxsə “eks-əməkdaş” da demək olar – red.) adıkeçən bank rəhbərinin yeni il ərəfəsində fərqli bir “anti-böhran” tədbirinə əl atdığını bildirib. Onun sözlərinə görə, AGBank rəhbərliyi “il sonu hədiyyəsi” kimi, işçilərin çoxuna “könüllü” istefa ərizəsi yazdırıb və “öz hesablarına məzuniyyət” adı ilə yüzlərlə insanı “dincəlməyə” göndərib. Əldə etdiyimiz məlumata görə, “AGBank”ın Bakıda və bölgələrdə olan bütün filiallarında əməkdaşların yarıdan çoxu bu “sürpriz”lə üzləşiblər. Həmsöhbət olduğumuz başqa AGBank əməkdaşları ilə də söhbət zamanı məlum oldu ki, bank rəhbərliyi nə bankda, nə də vətəndaşlarda “pul qalmadığını”, bir müddət sonra həmin əməkdaşlara “zəng edəcəklərini” bildiriblər. “Könüllü ərizə” yazmağa məcbur edilən əməkdaşların çoxu isə vətəndaşlara kiçik həcmli kreditlərin verilməsi üzrə mütəxəssislər olub. Xatırladaq ki, əməkdaşlara məcburi sürətdə “könüllü” işdənçıxma ərizəsi yazdırmaq Azərbaycan Respublikası Əmək Məcəlləsinə birbaşa ziddir. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

 

Qafqaznews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam