Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Tramp da ABŞ-ın hərbi sənayedə Türkiyədən asılı olduğunu etiraf etdi:“Ərdoğan “yox” desə, nə edəcəyik?”


 

 “Dünyanın ən yaxşı döyüş təyyarəsi olan F-35-lərin ana gövdəsinin Türkiyədə istehsal olunması nəzərdə tutulur. İndi deyək ki, Ərdoğanla yaxın münasibətlərimiz  var, sabah bu münasibətlərimiz pozulsa nə olacaq? Türkiyə bizə “mən həmin hissələri sizə vermirəm” desə, nə edəcəyik?”. 
Yenixeber.org: Bu sözləri ABŞ prezidenti Donald Tramp  "Fox Business"-ə verdiyi müsahibəsində deyib.
 
O, ABŞ-ın xarici tədarük zəncirindən asılılığını şərh edərkən misal gətirdiyi bu nümunədən sonra ölkəsinin bir çox sahələrdə bu vəziyyətdə olduğunu bildirib və daxili tələbatını öz yerli məhsulları ilə təchiz etməyin vacibliyinə toxunub. "Bütün məhsullarımızı ABŞ-da istehsal etməliyik" deyən Tramp ABŞ-ın tədarük zənciri məsələsində xüsuslə Çindən asılılığa son qoyulmasını istəyib.


 
O, müsahibəsində Covid-19 pandemiyasının yayılmasında yenə Çinin məsuliyyət daşıdığı bildirib və Pekinin bu hərəkətinə cavablarının ağır olacağını qeyd edib: "Çinə qarşı atacağımız çox addım var. Zamanında Çinlə bütün əlaqələri kəsə bilərdik. Daxili tədarük zəncirini qura bilsəydik, hər il 500 milyard dollar qazanc əldə edərdik".


 
Qeyd edək ki, ABŞ Prezidentinin F-35 təyyarəsinin istehsalında Türkiyədən asılılığı barədə etdiyi etiraf ölkənin digər rəsmi qurumları tərəfindən də təsdiqlənib. Trampdan əvvəl bu məsələ ABŞ Konqresininin Hökumət Hesabatları Bürosunun (GAO) hazırladığı hesabatda öz əksini tapıb. Hesabatda bildirilib ki, Türkiyənin 2019-cu ilin iyul ayında Rusiyadan S-400 almasından sonra proqramdan uzaqlaşdırılması təyyarə istehsalına ciddi təsir edib. Bildirildiyinə görə, Türkiyə tərəfindən istehsal olunan 1005 parça üçün yeni qaynaq tapılıb, amma yeni təchizatçılar tələb olunan 15 hissəni istənilən nisbətdə istehsal edə bilməyiblər. GAO hesabatında etiraf olunub ki, Türkiyənin F-35 proqramından çıxarılması onsuz da “axsayan” istehsal və tədarük prosesini daha da tənəzzülə uğrada bilər.
 
Xatırladaq ki, ABŞ Türkiyədəki Rusiyanın S-400 raketdən müdafiə sistemini almasının ardından, Türkiyənin keçən ilin iyul ayında F-35 proqramından çıxarılacağını açıqlamışdı. 
 


Türkiyə, 2002-ci ildən etibarən F-35 proqramının rəsmi ortağı olmuş və 100 ədəd F-35 tipli bir təyyarə alacağı öhdəliyi ilə ortaqlıq müqaviləsi imzalanmışdı. 
Türkiyənin proqramlarından rəsmi olaraq çıxarılması prosesi hələ tamamlanmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam