Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Qasım Süleymaninin silahdaşı İranda öldürüldü

 

Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İranın cənub-qərbində maskalı silahlılar hərbi təhlükəsizlik qüvvələrinin yerli komandirini, bu yaxınlarda Amerikanın Bağdadda öldürdüyü İran generalı Qasım Süleymaninin silahdaşını qətlə yetirib.

Yeniuxeber.org: Öldürülən komandir Əbdülhüseyn Mocəddəmi Dərxoyin şəhərində İnqilab Keşikçiləri Qvardiyasının daxili təhlükəsizlik və digər vəzifələri üçün icra edilən Bəsic qüvvələrinə rəhbərlik edirdi.

Mocəddəmi ölkənin neftlə zəngin Xuzistan əyalətindəki qəsəbədəki evinin qarşısında odlu silahla öldürülüb.

İRNA biri avtomat, digəri isə ov tüfəngi ilə silahlanmış motosikletdəkı iki şəxsin Mocəddəmini pusquya salaraq öldürdüyünü bildirib. Digər İran mediasının verdiyi məlumata görtə, silahlı şəxslərin üzlərində maska olub və dörd dəfə atəş açılıb.

Baş vermiş hadisə üzrə araşdırmalar aparılır.

Əbdülhüseyn Mocəddəminin komandiri olduğu Bəsic dəstəsi noyabr ayında bölgədə keçirilən nümayişlər zamanı etirazçılara qarşı güc tətbiq etmiş, çox sayda etirazçı öldürülmüş və yaralanmışdı.

Amnesty International təşkilatı ölkə boyu keçirilən nümayişlər zamanı 300-dən çox etirazçının öldürüldüyünü bildirsə də, İran ölənlərin sayını açıqlamamışdı.

Amerikanın səsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam