Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən YENİ XƏBƏR:Yazdıqlarımız nəticəsiz qalmadı...

 
Prezident   İlham Əliyev “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzaldı
Yenixeber.org: Fərmanla Agentliyin idarəetmə modelində edilən dəyişikliklər də xüsusi diqqət çəkir. İcraçı direktor institutunun İdarə Heyəti ilə əvəz olunması qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini təmin edir. Məlum olduğu kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva idi. O Aygün Əliyeva ki, "Yenixeber.org" və "Xəbərmən TV" olaraq dəfələrlə onun tender-qrant oyunlarından yazdıq və danışdıq. QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyevanın “rəfiqə qrantları” seriyasını ictimailəşdirdik. Bu yazılarımız təbii olaraq cəmiyyətdə geniş maraq doğururdu. Və nəticəsinin olacağı da, şübhəsiz idi...
Bəzən yazdıqlarımızı görməzə gələnlər bir daha bilsinlər ki, dövlətin hansısa məmurun oyunlarından hər zaman xəbəri olur. Sadəcə hər şeyin zamana ehtiyacı var. "Yenixeber.org" və "Xəbərmən TV" olaraq  məsuliyyətimizi dərk edərək, peşəmizə sadiq qalaraq, dövləti və milli maraqlarımız naminə belə məmurları ifşa etməyə davam edəcəyik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam