Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

BMT-nin yeni baş naziri kim ola bilər? - ADLAR AÇIQLANDI

BMT-nin yeni baş naziri kim olacaq? - ADLAR AÇIQLANDI

2026-cı ilin iyulunda BMT-nin yeni baş katibi seçiləcək. Hazırkı baş katib Antoniu Quterreş 2017-ci ildən təşkilata rəhbərlik edir və onun səlahiyyət müddəti gələn il başa çatır.

Yenixeber.org: Yeni rəhbər əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən seçiləcək, daha sonra namizədlik Baş Assambleya tərəfindən təsdiqlənəcək.

Qaydalara görə, bu vəzifəyə seçilmə müddətində məhdudiyyət yoxdur, lakin indiyə qədər heç kim 10 ildən çox baş katib olmayıb.

Ölkələr artıq öz namizədlərini irəli sürməyə başlayıblar.

Argentina Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin BMT baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq açıqlayıb.

Nazirlik Qrossini “parlaq karyerası, diplomatik təcrübəsi və beynəlxalq münasibətlər sahəsində dərin biliyə malik” şəxs kimi xarakterizə edib. Məlumata görə, o, qlobal böhranların və münaqişələrin həllində dialoqa şərait yaradan bacarıqlı diplomat kimi tanınır. Qrossinin ardıcıl iki dəfə MAQATE-nin rəhbəri seçilməsi də onun liderlik keyfiyyətlərinin göstəricisi hesab olunur.

BMT-nin yeni rəhbəri olmaq istəyənlər arasında daha bir tanınmış fiqur var. BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Grinspan 2026-cı il seçkilərində iştirak etmək niyyətini bildirib.

2026-cı ilin iyulunda keçiriləcək seçkilər BMT üçün mühüm siyasi mərhələ olacaq. Təhlükəsizlik Şurasının seçimi və Baş Assambleyanın təsdiqi ilə müəyyən olunacaq yeni baş katib dünyanı narahat edən münaqişələr, iqlim böhranı və qlobal təhlükəsizlik kimi məsələlərdə həlledici rol oynayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam