Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Sərkisyan xalqı belə təhqir etdi:Ən bərk anqıran eşşəyi öpdünüz!

Bu gün nəinki keçmişdə Respublika Partiyasını seçdiyimizi deyil, həm də Ermənistanın bu günündə və gələcəyində nəyə hazır olduğumuzu soruşmağın vaxtıdır. Bu sualın cavabı partiyamızın yaradılmasının 40, yoxsa 50 illik yubileyinin suveren Ermənistan dövlətində qeyd ediləcəyini, yoxsa dövlətimizlə bərabər tarixin səhifələrində sadəcə olaraq yaddaşlarda qalacağını müəyyən edəcək.

Yenixeber.org: Bu sözləri Ermənistanın 3-cü prezidenti, RP sədri Serj Sərkisyan deyib.

Sərkisyan “son 3 onillikdə” Ermənistanın “nəhəng qurbanlar verdiyi” işğal siyasətinin puç və darmadağın olmasını etiraf edib və “dağıdıcı prosesi” dayandırmaq üçün bir sıra ümumi müzakirələrə və tədbirlərə başlamaq çağırışı ilə diaspora, Ermənistanın müttəfiqlərinə və tərəfdaşlarına müraciət edib.

Sərkisyan uğursuzluqların bütün günahını Nikol Paşinyanda görüb və 2018-ci ildə Nikolun hakimiyyətinə yol açdığı üçün ona irad bildirənlərə kəskin reaksiya verib:

“Partiyamızın son qurultayında demişdim ki, mən sizi məcbur etməmişəm ki, gedib sürüdə ən bərkdən anqıran eşşəyin alnından öpəsiniz. İndi son hadisələri nəzərə alaraq fikrimi davam etdirmək istəyirəm: Öpdüyünüz eşşəyi qapımıza bağlamayın. Alnından öpdüyü eşşəyə görə hər kəs cavabdehdir”.

Serj Sərkisyan ikinci prezident Robert Köçəryanın da “bostanına” daş atıb:

“Təəssüflər olsun ki, bu yolu hakimiyyət əldə etmək cəhdlərində uğursuzluğa düçar olanlar, o cümlədən keçmiş mübarizə tərəfdaşlarımız da seçiblər və belə çıxır ki, onların uğursuzluğunda bizim də günahımız var”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam