Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Polşa Rusiya raketlərini vura bilər –NATO icazə versə

Son günlər Ukraynaya hücum edən Rusiya raketləri tez-tez Polşa sərhədinə yaxınlaşıb və hətta bir neçə dəfə sərhədi keçib.

Yenixeber.org: NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna üzərindən Polşaya doğru uçan Rusiya raketlərinin Polşa ordusu tərəfindən vurulması təklifinə qarşı çıxıb. Bundan əvvəl isə Ukrayna hakimiyyəti bu ideya ilə çıxış edib və Polşa hökuməti bu variantı nəzərdən keçirdiyini bəyan edib.

Stoltenberq məsələ ilə bağlı suala cavabında deyib: “NATO siyasəti dəyişməz olaraq qalır. Biz bu münaqişədə iştirak etməyəcəyik, münaqişənin bir hissəsinə çevrilməyəcəyik. Yəni, biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyirik, lakin NATO bunda birbaşa iştirak etməyəcək”.

Polşanın Xarici İşlər naziri Radoslav Sikorski isə bu həftə Vaşinqtonda çıxışı zamanı deyib ki, Varşava Ukrayna ilə bu yaxınlarda bağlanmış təhlükəsizlik sazişində əksini tapan Kiyevin ideyasını dəstəkləyib-dəstəkləməməyi nəzərdən keçirir: “Biz bu barədə düşünəcəyik”.

Sikorski qeyd edib ki, Sankt-Peterburq ərazisindən Lvov yaxınlığındakı hədəflərə buraxılan bəzi Rusiya raketləri Belarus ərazisindən keçib, 40 saniyə ərzində Polşanın hava məkanına daxil olub, sonra isə Ukrayna istiqamətinə dönüblər. Sikorskinin sözlərinə görə, bu, Polşanın hava hücumundan müdafiə qüvvələrinin cavab verməsi üçün kifayət edəcək qədər vaxt deyildi. Lakin Kiyevin təklifi nəzəri alınaraq, Ukraynanın qərbindən Polşaya doğru uçan bütün Rusiya raketlərinin artıq Ukrayna ərazisində vurulması məsələsi müzakirə oluna bilər: “Ölkəmiz cəbhə xəttindədir və Rusiya raketləri hava məkanımızı pozur. Onları yalnız hava məkanımıza daxil olduqda vursaq, dağıntılar vətəndaşlarımıza, onların əmlaklarına təhlükə yaradacaq. Amma ukraynalılar deyirlər ki, biz bunun əleyhinə deyilik, Polşa ərazisinə birbaşa keçmək təhlükəsi yarananda bunu bizim hava məkanımızda edin. Bu, özünümüdafiədir. Biz bu ideyanı araşdırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam