İranda 14-cü prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
Yenixeber.org: Bu barədə İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə bütün məntəqələr bağlanıb, səslərin sayılmasına başlanıb.
Prezident seçkilərinin icra şurasının üzvü Əlireza Səlimi IRNA-ya bildirib ki, 14-cü prezident seçkilərinin ikinci turunda iştirak 30 milyon nəfəri keçib. Birinci turda iştirak 24 milyon yarım idi.










AZ
RU
