Rusiyanın tank kolonu məhv edildi –“Tısbağa tanklar” da kömək etmir...

Son zamanlar Rusiya ordusu cəbhədəki tanklarının üzərinə dam örtüyünü xatırladan metal “zireh” qaynaq edir. Üzərində bu cür “qoruyucu zireh” olan T-72 tankları "tısbağa tankları" adını alıb.
Yenixeber.org: Rusiyanın Ukraynadakı Krasnoqorovka yaşayış məntəqəsinə “tısbağa tankları” ilə hücumu uğursuzluğa düçar olub. Bu barədə Almaniyanın “BILD” nəşrinin tanınmış hərbi analitiki Julian Repke məlumat verib. O, qeyd edib ki, bir neçə gün əvvəl Rusiya zirehli texnikası kolonu Marinkadan ayrılaraq, əlavə canlı qüvvəni çatdırmaq üçün qızğın döyüşlərin getdiyi Krasnoqorovkaya doğru hərəkət edib: “Kolonun başında adi tank, arxasında isə piyadaların olduğu dörd metal örtüklü "tısbağa tankı" olub. Onlar dəmiryol relsləri boyunca təxminən 7 km məsafə qət ediblər. Lakin Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra yalnız bir tank geri qayıda bilib”.
Repke qeyd edib ki, Krasnoqorovadakı Rusiya işğalçıları hazırda çətin vəziyyətdədir, çünki onlar praktiki olaraq dəstəkdən məhrumdurlar. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri rusları Krasnaqorovkanın rayonlarının birindən çıxardıqlarını bildiriblər.










AZ
RU