Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

HƏMAS-çılar suda boğulacaq?-Qəzza tunelləri dəniz suyu ilə doldurula bilər

İsrail Qəzzada tunelləri MƏHV ETDİ

İsrail hökuməti HƏMAS hərəkatının döyüşçülərinin gizləndiyi yeraltı tunellər sistemini dəniz suyu ilə doldurmaq imkanını nəzərdən keçirir.

Yenixeber.org: Bu barədə “The Wall Street Journal” Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, anklavda ekoloji fəlakətə səbəb olacaq və şirin su ilə bağlı vəziyyəti daha da pisləşdirə bilər. 

Bildirilib ki, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyasının quraşdırılmasını başa çatdırıb. Qurğular bir neçə həftə ərzində Aralıq dənizindən suyu çəkib tunelləri doldurmağa qadirdir.

İsrail hakimiyyəti hələlik belə bir addımla bağlı yekun qərar verməyib.

Nəşr qeyd edir ki, bəzi keçmiş Amerika rəsmiləri belə bir tədbirin Bayden və onun administrasiyasını çətin vəziyyətə sala biləcəyinə inanır. Üstəlik, tunelləri su basması üçün lazım olan müddətdə orada gizlənən silahlılar onları tərk edə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam