Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Putin 9 May paradını tək keçirəcək –Kreml heç bir lideri dəvət etməyib

“Rusiya bu il 9 May qələbə paradına heç bir xarici lideri dəvət etməyəcək”.

Yenixeber.org: Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin paradla bağlı sualına cavabında bildirib.

Peskov hətta Rusiya ilə birgə “İttifaq dövləti” quran Belarus Prezidenti Aleksandr Lukaşenkonun belə parada dəvət edilmədiyini söyləyib: “Bu, bizim bayramdır. Bu, bütün Rusiya və rusiyalılar üçün müqəddəs bayramdır. Lakin xarici liderləri dəvət etməmişik”.

Ancaq maraqlıdır ki, Peskovun dediyi kimi, “Rusiyanın və rusların müqəddəs bayramı”na ötən illərdə həmişə xarici dövlət başçıları dəvət olunur, onlardan bir çoxu paradda iştirak edirdi. Lakin ilbəil bu tədbirə qatılan xarici liderlərin sayı azaldı. Hətta faşizm üzərində qələbədə danılmaz payı olan MDB ölkələri başçıları da həmin gün Moskvaya gəlməkdən imtina etməyə başladılar. Ötən il isə Tacikistan Prezidentindən başqa heç kim Moskvadakı parada qatılmadı.

Bu il xarici liderlərin çağırılmamasının əsl səbəbinə gəlincə, zatən Moskvaya heç kimin getməyəcəyi bəlli idi. Bunun hansı səbəblərdən irəli gəldiyini isə xüsusi vurğulamağa yəqin ki, ehtiyac yoxdur, sadəcə Rusiyanın son illərdəki siyasətinə və Ukraynada törətdiklərinə diqqət yetirmək kifayətdir...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam