Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bir il öncə ermənilər nə planlaşdırmışdı? -Erdoğanın müşavirindən DETALLAR

“Vətən müharibəsində Azərbaycan Ordusu erməniləri məğlubiyyətə uğratdıqca, Ermənistan mülki əhaliyə və infrastruktura qarşı hərbi cinayətini davam etdirirdi”.
Yenixeber.org: Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.

Onun sözlərinə görə Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədib.
“Ermənistan Gəncə, Mingəçeviri atəşə tuturdu. Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi. Onu biz bilirdik ki, ermənilər nə planlaşdırmışdı”.
Türkiyənin Vətən müharibəsində Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olduğunu xatırladan Fəxrəddin Altun 44 gün Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verdiklərini və dezinformasiyalara qarşı birgə mübarizə apardıqlarını bildirib.(Bizim.media) 
Alçina Amilqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam