Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Saakaşvili Gürcüstana yük maşınının ventilyasiya kabinində gəlibmiş-AÇIQLAMA

Saakaşvili Gürcüstana yük maşınının ventilyasiya kabinində gəldi

Mixail Saakaşvilini Gürcüstana gətirən yük maşını sürücüsünün adı mediaya məlum olub.

Yenixeber.org: Keçmiş prezidentin ölkənin bu üsulla olkəyə daxil olmasından məlumat “CNews” portalı tərəfindən yayılıb.

Saakaşvili oktyabrın 1-də axşam saatlarında Tbilisinin yataqxana rayonlarından birində saxlanılıb. O, 2 oktyabr şənbə günü keçirilən yerli seçkilər ərəfəsində sərhədi qanunsuz keçərək Ukraynadan Gürcüstana gəlib.

Nəşr iddia edir ki, Saakaşvili yük maşını ilə Gürcüstan sərhədini keçib. Bundan əlavə, mənbə avtomobilin sürücüsünün kimliyini də açıqlayır.

“Saakaşvilini, yük maşınının sürücüsü Elguca Tsomaya Gürcüstana gətirib. Tsomaya Abaşdandır”, – sürücünün qohumu söyləyib.

Mənbənin sözlərinə görə, Elguca uzun müddətdir treyler sürücüsü işləyir və Gürcüstandan Ukraynaya göyərti daşıyır. Nəşr həmçinin iddia edir ki, Gürcüstanın eks-prezidentinin həbs olunduğu mənzil də Tsomayaya məxsusdur və Saakaşvilinin Gürcüstana gəlişindən onun ən yaxın qohumlarının da xəbəri olmayıb.

Dərc olunan versiyaya görə, Tsomai-in qoşqusu Poti şəhərində Gürcüstan dövlət sərhədini keçib. “Treyler Potiyə girib, burada Elgudca maşını dəyişib və Saakaşvilini şəxsi avtomobili ilə Batumiyə aparıb. Mişanın yerləşdirdiyi videolar dünən axşam Batumidə çəkilib, amma sosial şəbəkələrə Tbilisidən yüklənib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam