Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Bandotdel” Fuad Muradovu saxlayıb –Aslan İsmayılovun şikayəti əsasında...

Özünü “Milli Fədailər Hərəkatı”nın sədri kimi təqdim edən Fuad Muradov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, hazırda araşdırma aparılır.

Yenixeber.org: Bu xəbəri vəkil Aslan İsmayılov sosial şəbəkədəki səhifəsində paylaşıb.

A.İsmayılov qeyd edib ki, F.Muradov onun DİN-ə müraciəti əsasında saxlanılıb: “Uzun müddətdir ki, sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edib əxlaqsızlıqda bütün əndazələri aşan saxta "fədai" Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib, ərizəni də olduğu kimi burada paylaşmışdım. Bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”, - deyə A.İsmayılov yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub: “Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir”.(azpolitika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam