Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

İŞİD-in geri çəkiləcək “yolları kəsilib”

İraqın Mosul şəhərində özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı əməliyyat aparan İraq qüvvələri şəhərdən sonuncu çıxış yolunu nəzarət altına alıblar

Yenixeber.org:  Bunu, silahlılara mənsub mənbə bildirir.

Mosul əməliyyatında iştirak edən Xalq Səfərbərliyi silhalı qrupunun nümayəndəsi deyib ki, onlar şəhər kənarındakı əsas yolu ələ keçiriblər.

Baduş kəndi yaxınlığından keçən həmin yol Mosulu Təlafər şəhərilə bağlayır.

Mosuldan 40 km qərbə doğru yerləşən Təlafər bölgədə İD istehkamı sayılır.

Reuters agentliyinə danışan yerli sakinlər də yoldan istifadə edə bilmədiklərini deyirlər.

Mosulun alınması üzrə əməliyyat ötən il başlayıb. Onun ətrafında şəhərin bəzi rayonları İD döyüşçülərindən azad olunub.

Hökumət qüvvələri artıq Mosulun hava limanı və şəhərin şərq bölgələrində yerləşən bir neçə hərbi və mülki obyektləri nəzarət altına alıblar.

BMT bildirir ki, 100 mindən çox Mosul sakini evlərindən didərgin düşüb.

Təşkilatın nümayəndələri xəbərdarlıq edir ki, əməliyyat gedişatında evini tərk edən insanların sayı da arta bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam