Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"İŞİD TÜRKİYƏYƏ SAVAŞ ELAN ETDİ" -ŞOK

isid istanbul

Xeberinfo.com:  İngiltərə mərkəzli “Independent” qəzetinə açıqlama verən və keçmiş bir İŞİD militanı olduğu bildirilən şəxs, 39 adamın həyatını itirdiyi “Reina” hücumunu “İŞİD-in Türkiyəyə savaş elanı” olaraq xarakterizə edib

 Məlumata görə, adı Əbu Mutassim olaraq bildirilən keçmiş İŞİD militanı, təşkilatın Türkiyəni necə gördüyünü izah edərkən, “Liderləri İslama üz çevirmiş, müsəlman bir ölkə olaraq görürlər. Amerikalılarla və ruslarla əməkdaşlıq edən bir ölkə olaraq qəbul edirlər” deyib.

Həmin militan: “İŞİD tərəfindən ola biləcək ən pis düşmən olaraq görülürlər. İŞİD Türkiyəyə savaş elan etdi”, deyə açıqlama verib.

“İŞİD, İraq və Suriya xaricində hücumlara üstünlük verir”

isid

İraqda Mosul ətrafında, Suriyada isə Raqqa ətrafında təzyiq altına girən İŞİD-in Suriya və İraq xaricində hücumlara üstünlük verməyə başladığı görülür.

“Reina” hücumunun məsuliyyətini İŞİD üzərinə götürmüş və təşkilatın açıqlamasında Türkiyə “Xristianların qoruyucusu” olaraq təyin olunmuşdu. Açıqlamada eyni zamanda “Türkiyənin hərbi əməliyyatları davam etdikcə hücumların da davam edəcəyi” ifadələri iştirak etmişdi.

“Son aylarda Suriyadan Türkiyəyə girməyə çalışan çox sayda militan tutuldu. Eyni zamanda Türk təhlükəsizlik gücləri, İŞİD hüceyrələrinə etdikləri basqınlarda silahlar ələ keçirmişdi, təşkilatın Türkiyə içində də güclü olduğu” vurğu edilib.

“Artıq hər kəs təhdid altında”

isid turk1

Suriyadakı daxili döyüşdən qaçmış olan, ancaq Türkiyəyə sığındıqlarında Şanlıurfada İŞİD üzvləri tərəfindən təhdid edildikləri səbəbiylə İstanbula gələn bir qrup Bəşər Əsəd əleyhdarı suriyalı müxaliflə danışan “Independent” redaktoru Sengupta, “Urfadaki imamlar, tez-tez gəncləri İŞİD-i və Nusra cəbhəsini dəstəkləməyə çağırırdı” deyib.

İstanbulda “Independent”ə açıqlama verən Yassir Abdulhəmid adlı müxalif, “İŞİD təhdidləri səbəbindən Urfadan ayrıldım. Urfa kimi yerlər az qala Suriya qədər təhlükəli hala gəlmişdi. Türk səlahiyyətlilərin xəbəri olmadan İŞİD-in necə o qədər rahat fəaliyyət göstərəbildiyini anlaya bilmirdim. İstanbula gəldiyimdən bəri iki  böyük İŞİD hücumu oldu. Urfa ya da Kilis kimi yerlərdə biz suriyalı müxaliflər təhdid altındaydıq. İndi İstanbulda hər kəs İŞİD təhdidi altında yaşayır”, deyə açıqlama verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam