Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Saakaşvili vəzifəsindən istefa verdi – VİDEO

 

 

Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
Xeberinfo.com:   Bu barədə o, “Facebook”da canlı mətbuat konfransında bəyan edib. O, qeyd edib ki, vəzifəsindən getməsinə səbəb hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq üçün ciddi qərar qəbul etmək istəməməsidir. 

“Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram”, - deyə, Saakaşvili vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada hakimiyyət dəyişikliyinə baxmayaraq, ölkədə korrupsiya çiçəklənir. O qeyd edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin açıqlanması onun üçün "son damla" oldu.

Bundan başqa Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam