Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Əsəddən Türkiyəyə ultimatum: «Dərhal vurulacaq!»

b_esed3Suriya hökuməti rəsmi Ankaraya ultimatum göndərib. Ordu komandanlığından bildiriblər ki, ölkənin hava məkanını pozan Türkiyəyə məxsus istənilən hərbi təyyarə dərhal vurulacaq.

Xeberinfo.com:  Əsəd qüvvələri Türkiyəni Hələbin şimalında yerləşən Xassadcek, Vardiya və Hesya bölgələrini bombalayaraq 150 mülki vətəndaşın ölümünə səbəb olmaqda da ittiham edib.

Xatırladaq ki, Türkiyə avqustun 24-dən «Fərat qalxanı» əməliyyatını həyata keçirir. Əməliyyat çərçivəsində Suriyanın bir hissəsinə Türk ordusu və ağır hərbi texnika, həmçinin xüsusi təyinatlı qüvvələr yeridilib. Əməliyyatda Ankaranın dəstək verdiyi Azad Suriya Ordusu da iştirak edir.

«Fərat qalxanı»nın əsas hədəfi Türkiyənin sərhədyanı bölgələrini İŞİD-dən və kürd terrorçulardan təmizləmək, bu ərazilərdə təhlükəsiz zona yaratmaqdır.

Rəsmi Dəməşq isə Ankaranın bu əməliyyatını Suriyanın suverenliyinə qəsd kimi qiymətləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam