Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Rusiya hərbi cinayətlərdə günahlandırıldı

Fransa Xarici İşlər Nazirliyinin başçısı Jan-Mark Eyro Rusiyanın Suriya üzrə mövqeyini “ikiüzlü” adlandırıb.

Xeberinfo.com:   TASS agentliyinə istinadən xəbərə görə, bu bəyanatı o, Fransanın “TV5 Monde” telekanalının efirində verib.

“Mən Rusiyanı konstruktiv mövqe tutmağa çağırıram, - Eyro deyib. – BMT TŞ-nin bütün üzvlərinin Hələbdəki vəziyyət üzrə bəyannamənin lehinə səs verməsi zəruridir. Xəstəxanalara endirilən zərbələr hərbi cinayətdir. Rusiya bu məsuliyyəti daşımağa hazırdır?”

“Rusiya Hələbdəki zərbələrinin effektivliyindən danışır, onların terrorçulara endirildiyini bildirir, - Fransanın xarici işlər naziri davam edib. – Lakin hadisə yerindən dəhşətli kadrlar gəlməkdədir. Söhbət mülki şəxslərdən gedir. Bu ikiüzlülüyə son qoymaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam