ABŞ təyyarələri Səddamın keçmiş sarayını bombaladı

ABÇ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təyyarələri İraqda İŞİD-ə qarşı raket-bomba zərbələri endirməkdə davam edir.
Xeberinfo.com: Xarici KİV bildirir ki, dünən koalisiya qüvvələri arsenalındakı ən ağır və ən böyük aviabombalardan istifadə edərək İŞİD-in Mosul şəhərindəki idaretmə mərkəzini və qərargahını viran qoyub.
Xatırladaq ki, İŞİD-in qərargahı İraqın mərhum prezidenti Səddam Hüseynin sarayında yerləşirdi.
Bu saray 1994-cü ildə inşa olunmuşdu.
Sarayda idarəetmə mərkəzi və qərargahla yanaşı, İŞİD-ə qatılmış xarici ölkə vətəndaşlarının terror təlimi keçdikləri düşərgə də vardı.
Koalisiyanın Britaniyaya məxsus 2 "Tornado" qırıcı-bombardmançı təyyarəsinin pilotları saraya hər biri 907 kiloqram ağırlığında "Enhanced Paveway III" aviabombaları atıblar.
Bu aviabombalar bunkerləri və yeraltı istehkamları darmadağın etmək gücünə malik olduğu üçün "Bunker buster" adlandırılır.










AZ
RU