Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Türkiyədə hərbi helikopter qəzaya uğradı – 6 ölü, 7 yaralı (FOTOLAR)

 

turk

Onlardan ikisi polkovnik, ikisi hərbçilərin həyat yoldaşı və ikisi də uşaqdır

Xeberinfo.com:   Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Sikorsky S-70″ modelli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
 Türkiyə KİV-inə istinadən xəbərə görə, bu barədə Giresun bələdiyyə başqanı Kerim Aksu bildirib.
Onun sözlərinə görə, hadisədə həyatını itirənlərdən ikisi polkovnik, ikisi hərbçilərin həyat yoldaşı və ikisi də uşaqdır: “Hazırda xəstəxanalara 7 yaralı gətirilib və müalicələri gedir”.

“Şəhidlərimiz, yaralılarımız var, ancaq hazırda sayını açıqlamaq yanlış olur”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin Giresun vilayətində “Sikorsky S-70″ modelli hərbi helikopterin qəzaya uğraması xəbərini təsdiqləyərkən bildirib.
Onun sözlərinə görə, helikopterdə 15 nəfər olub: “Giresuna qayıdan zaman qəzaya düşüblər. Hazırda 5 və ya daha çox yaralı var. Yaralılar xəstəxanalara aparılır. Qəzanın səbəbi ətraflı araşdırılacaq. Helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil”.
Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Sikorsky S-70″ modelli helikopter qəzaya uğrayıb. Helikopterdə 8 hərbçi, onlardan 4-nün həyat yoldaşı və 3 uşağı olub.

10bc3cff-6177-4a7a-8cdc-fb31971ab138 780e09f3-5c86-4a75-888a-7b8bf85835ba 5938d399-71d2-4161-9fb3-89e11095faac 6752f60a-e172-4e3c-ab7c-6e4e1fbbf280 f195f654-dcad-4f12-9c27-a5f98e51db25


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam