Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi -Mitinqlə bağlı

 

Yenixeber.org:  Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev bildirib ki, müraciətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq:

"Milli Şura mitinqlərin bazar günü keçirilməsini istəyir. Bu, hüquqi baxımdan da qanunidir. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görüşdə bildirdi ki, bazar günü mitinqlərin keçirilməsi məqsədəuyğun deyil. Aprelin 9-na təyin etdiyimiz mitinqi ayın 8-nə keçirdi. Biz də bununla bağlı məhkəməyə müraciət etmişik. Biz bundan başqa, mitinq keçirilməsi üçün təkcə Yasamal rayonunda yerləşən "Məhsul" stadionunun deyil, digər yerlərin də ayrılmasını tələb edirik. Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı cavabını gözləyirik".

O.Gülalıyev qeyd edib ki, mitinqlərin keçirilməsi həmişə gündəmdədir: "Hazırda da mitinqlə bağlı müzakirələr gedir. Hesab edirik ki, mitinqlərdə geniş xalq kütlələri iştirak etməlidir. Ölkədəki ictimai-siyasi vəziyyətə uyğun olaraq mitinqlər keçiriləcək"."Report"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam