Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakıda sevgililər özünü dənizə atdı, ölən var -YENİLƏNİB

 

 

Dənizkənarı Milli Park ərazisində dənizə düşən iki nəfərin adları açıqlanıb.

Yenixeber.org: Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib.

Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.

Faktla bağlı Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.


***09:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 

Əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam