Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Polis etirazçıların qurduğu çadırları dağıdıb-Tbilisidə

 

 

Ötən gecə Tbilisidə parlament qarşısında 9 etirazçı polis tərəfindən saxlanılıb.

Yenixeber.org: "İnterfaks" xəbər verir ki, onlar xırda xuliqanlıq və hüquq-mühafizə orqanlarının qanunu tələbinə tabe olmama maddələrini pozduqlarına görə tutulublar.

Qeyd edək ki, müxalifət partiyalarının nümayəndələri seçki sistemində dəyişiklik tələb edərək parlamentin qarşısında bir neçə çadır qurublar. Ölkənin Daxili İşlər Nazirliyinin və Tbilisi şəhər meriyasının rəhbərliyi bir neçə gün əvvəl müxalifət partiyalarının rəhbərlərinə Yeni il qabağı çadırları yığışdırmaq barədə xəbərdarlıq edib, lakin etirazçılar tələbi qəbul etməyib.

Polis əməkdaşları güc tətbiq edərək çadırları yığışdırıb və 9 müxalifətçi müqavimət göstərdiklərinə görə saxlanılıb.

Gürcüstan mediasının verdiyi məlumata görə, bu saatlarda çadırların yerində uşaq attraksionları qurulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam