Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

ABŞ ordusu Avropanı tərk edir:Bu, yalnız başlanğıcdır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması ilə bağlı bəyanatı daha genişmiqyaslı – Avropadan qoşunların çıxarılması və silah tədarükünün azaldılması prosesinin yalnız başlanğıcı ola bilər.

Yenixeberorg.com: Bu barədə “Taym” jurnalı yazıb.

Prezident Tramp artıq bildirib ki, ABŞ qoşunlarının Avropadan çıxarılması davam edəcək. Bu isə ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin olunmasında iştirakının kəskin azalması demək olacaq.

Nəşr xatırladır ki, Tramp illərdir Almaniyadakı ABŞ hərbçilərinin sayını azaltmaqla hədələyirdi:

“O, ilk prezidentlik dövründə bu sayın 9500 nəfər azaldılacağını demişdi, lakin Co Bayden vəzifəyə gəlməzdən əvvəl bunu həyata keçirməyə vaxtı çatmadı.

Eyni zamanda, qoşunların azaldılması yalnız Almaniya ilə məhdudlaşmayacaq. Avropanın digər ölkələrində də on minlərlə amerikalı hərbçi yerləşdirilib. Onların bir çoxu Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra regiona göndərilmişdi. Məhz bu qüvvələr növbəti mərhələdə Avropanı tərk edə bilər.

Xüsusilə, Tramp bildirib ki, ehtimal ki, qoşunları İspaniya və İtaliyadan da çıxaracaq, çünki bu ölkələrin liderləri ilə münasibətləri pisləşməkdə davam edir. Belə ki, İspaniyanın Baş naziri Pedro Sançez ABŞ və İsrailin İrana zərbələrini “qanunsuz” adlandırdıqdan və ABŞ-a İspaniyanın birgə hərbi bazalarından istifadə üçün icazə vermədikdən sonra Tramp ilə qarşıdurmaya girib.

İtaliya isə amerikalı hərbi təyyarələrin Siciliyadakı aviabazadan istifadəsinə icazə verməyib və bunu ABŞ hərbçilərinin əvvəlcədən rəsmi icazə almaması ilə izah edib”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam