Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli İnsanovun partiyası yaranmamış dağılır –Təşkilat Komitəsinin daha bir üzvü imtina etdi

 

Əli İnsanovun partiyası yaranmamış dağılır –

“Mən heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur”.

Yenixeber.org: Bu sözləri saytımıza adı keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etmək istədiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alan hüquqşünas Mirədalət Talışxanov deyib. Məlumat üçün deyək ki, Mirədalət Talışxanov vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb.

O, bildirib ki, Əli İnsanovun təşkil etdiyi tədbirə hüquqşünas kimi dəvət alıb. “Bir dostum dəvət etmişdi. Mən partiya quruculuğuna aidiyyatım yoxdur. Orada təklif edildi, lakin mən heç bir partiyaya üzv olmaq istəmədiyimi dedim”, - deyə hüquqşünas vurğulayıb. 

Tədbir iştirakçiları ilə fotoya gəlincə, Mirədalət Talışxanov deyib: “Dedilər şəkil çəkdirək, çəkdirdim. Ondan sonra çıxıb getmişəm. Sonradan adımı Təşkilat Komitəsinin üzvlərinin sırasına salıblar. Lakin yenə deyirəm ki, mən bu işdə yoxam”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam