Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib-FOTO

Ukrayna ordusu Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü qoruyan 2 hərbi katerə zərbə endirib.
Yenixeberorg.com: “Unian“ Ukrayna ordusuna istinadən xəbər verir ki, zərbə nəticəsində şəxsi heyət arasında itkilər var.
“Zərbə nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus “Sobol” patrul gözətçi və “Qraçonok” antidiversiya katerləri vurulub”, – Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir.
Qeyd olunub ki, bu katerlər FSB-nin Sərhəd Xidmətinin və Rusiya Hərbi Dəniz Donanmasının Kerç körpüsünün mühafizəsi və diversantlarla mübarizə üçün istifadə etdiyi əsas sahil mühafizə vasitələrindən hesab olunur.










AZ
RU