Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Zakir Həsənov - BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdə fəaliyyəti başa çatan Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb.

Yenixeber.org:   Müdafiə Nazirliyindən bildirilir ki, görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam