Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Qara dənizdə batan rus katamaranının göyərtəsində 55 sərnişin olub- Aralarında 15 azyaşlı var

Qara dənizdə batan və iki nəfərin öldüyü rus katamaranının göyərtəsində 55 sərnişin olub.

Yenixeber.org:  Krasnodar vilayətinin Tuapse rayonunun başçısı Anatoli Rusin onların arasında 15 azyaşlının olduğunu bildirib. Onun sözlərinə görə, iyulun 5-də axşam saatlarında Cuqba qəsəbəsi yaxınlığına batan katamaran cəmi 12 nəfərlik olduğu halda, ona 55 sərnişin minib. Digər tərəfdən, bu su nəqliyyat vasitəsi istismar müddətini də başa vurub.

Rayon rəhbəri əlavə edib ki, köhnə katamaranın beş dəfədən artıq yüklənməsi nəticəsində faciə baş verib. İnsident çimərlik ərazisində baş verməyib və hazırda dənizdə istifadə olunan digər su nəqliyyat vasitələrinin yoxlanılmasına başlanılıb.

Qəzada həyatını itirən iki qadının ailəsinə maddi yardım göstərilib. İnsidentlə bağlı cinayət işi açılıb, katamaranın sahibi və kapitanı həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam