Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

MN-nin şöbə rəisi:“Ermənistan tərəfi ölkədəki xaosu ört-basdır etmək üçün...”

MN-nin şöbə rəisi: “Ermənistan tərəfi ölkədəki xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar yaradır” 

"Aprel döyüşlərində Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasının bir daha şahidi olduq".

Yenixeber.org:  Bunu “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfransda çıxış edən Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov deyib.

O bildirib ki, erməni hərbçilər Aprel döyüşlərində həlak olan erməni əsgərlərinin cəsədlərini təhvil alanda, onları sürüyə-sürüyə aparırdılar: “Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgərlər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda cəsədləri qarşı tərəfdən alarkən hərbi təzim edib, çiyin bərabərində qaldırıb, sıra addımı ilə maşına qədər gətirdilər. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, bizim şəhidimizə verdiyimiz qiymət idi".

R. Dəmirov deyib ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır: "ATƏT-in Minsk Qrupu həmsədrləri uzun illər danışıqlar aparsa da, nəticəsi yoxdur. Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar yaradır. Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki Azərbaycan Ordusu istər silah, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam