Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Qüdrət Həsənquliyev:"Azərbaycan Ermənistanla deyil, Rusiya ilə ..."

“Hələ 2004-cü ildə Rusiyanın Ermənistanın forpostu olduğu bəyan edilib. Ermənistan rəhbərliyi özü də qəbul edir ki, o, müstəqil dövlət deyil, forpostdur. Ermənistan özü nədir ki, regionda təhdid yaratsın. 1999-cu ildə Ermənistan rəhbərliyinin parlamentdə publik edam olunması Ermənistan siyasi elitasının daim yaddaşındadır. Onlar siyasi mövcudluqlarını qorumaq, simalarıı itirməmək üçün Azərbaycanla danışıqlarda iştirak edirlər. Ona görə bir daha qeyd edirəm, Ermənistan region üçün heç bir təhdid yaratmır. Buna görə də Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır”.

Yenixeber.org: Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın regional təhdidi” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatından çıxmalıdır: “Azərbaycan özünə müttəfiqlər tapmalı və mövcud müttəqiləri ilə əlaqələri gücləndirməlidir. Azərbaycan təcili olaraq peşəkar ordu qurmaq barədə düşünməlidir. Ermənistana danışıqlarla bağlı konkret vaxt verilməlidir. Əgər belə bir vaxt verilməsə, danışıqlar sonsuzadək uzanacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam