Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

İsrail dindarları “Eurovison”a qarşı çıxdı

 

İsrailin ortodoksal ravvinləri “Eurovision” mahnı müsabiqəsinə qarşı çıxıblar.

Yenixeber.org: Onların fikrincə, Təl-Əvivdə keçirilən yarışma yəhudilərin müqəddəs şabbat gününü təhqir edir.

Müsabiqənin finalı mayın 18-də gün batandan sonra başlamasına baxmayaraq, məşq və hazırlıqlar səhərdən start götürəcək. Buna görə də bəzi yəhudilər həmin gün işləməli olacaqlar. Bu isə dini qaydalara görə qəti qadağandır.

Ravvinlər onu da bəyan ediblər ki, bu cür təhqir yəhudilərin müqəddəs torpaqda yaşamaları üçün təhlükədir.

“Jerusalem Post”un məlumatına görə, dindarların sözügedən bəyanatına İsrailin Baş naziri Benyamin Netanyahu münasibət bildirib. O, qeyd edib ki, hakimiyyət şabbatı təhqir etmək fikrində olmayıb. Baş nazir bildirib ki, “Eurovision” beynəlxalq müsabiqədir və iştirakçıların çoxu əcnəbidir. (“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam