Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Alpinistlərin adı əbədiləşdirildi -Foto

Alpinistlərin adı əbədiləşdirildi

Tufandağ zirvəsinə yürüş edərkən itkin düşən alpinistlər Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adı həmin ərazidə əbədiləşdirilib. 

Yenixeber.org: Bu haqda mərhum alpinist B. Hüseynovun qohumu aparıcı Cəlalə Nəzəroğlu sosial şəbəkədə məlumat yayıb.  Aparıcı qeyd edib ki, hər üç alpinistin adı qeyd edilən lövhə Mahmuddərə ərazisində qayaya vurulub. Lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri də yazılıb. 

Qeyd edək ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib. 

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam