Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Tereza Mey parlamentə "Brexit"i təxirə salmağı təklif edib

 

 

 Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentin İcmalar Palatasında çıxışı zamanı ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı hadisələrin inkişaf ssenarisini təqdim edib.

Yenixeber.org: BBC xəbər verir ki, onlardan biri çıxış tarixinin dəyişdirilməsinə gətirib çıxara bilər:

1. Tereza Mey martın 12-də ölkənin Aİ-dən çıxış şərtləri ilə bağlı sazişin yeni variantını səsverməyə çıxaracaq.

2. Əgər parlamentarilər onu dəstəkləməsələr, Mey 13 Martda onlara Brüssel ilə saziş olmadan Aİ-dən çıxmağın lehinə və ya əleyhinə səsvermə imkanı təklif edəcək. Deputatlar bu variantı dəstəkləyəcəkləri təqdirdə, ölkə martın 29-da Aİ-ni tərk edəcək.

3. Əgər parlamentarilər sazişsiz çıxma ssenarisini dəstəkləməsələr, Mey martın 14-də çıxış tarixinin başqa vaxta təxirə salınması variantını səsverməyə çıxaracaq.

Baş nazir qeyd edib ki, o özü tarixin dəyişdirilməsini istəmir:

"Biz fikrimizi maksimum olaraq Brüssel ilə razılığa gəlməyə və martın 29-də Aİ-ni tərk etməyə cəmləşdirməliyik".

Mey ardınca əlavə edib ki, əgər təxirəsalma ssenarisi seçilərsə, Aİ-dən çıxmaq iyunun sonundan gec olmamaq şərti ilə ertələnəcək və bir daha tarixdəyişmə olmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam