Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Brexit”ə alternativ qanun qəbul edildi-“B planı”

 

“Brexit”ə alternativ “B planı” qanunu qəbul edildi
Bu gün Böyük Britaniya parlamentində keçirilən səsvermədə deputatlar ölkənin Avropa İttifaqından ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nın təqdim edilməsi barədə qanun dəyişikliyini qəbul edib.
Yenixeber.org: “Reuters” xəbər verir ki, dəyişikliyə əsasən, əgər 15 yanvarda “Brexit” sazişi parlament tərəfindən təsdiqlənməzsə baş nazir Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti səsvermədən sonra 21 yox, 3 iş günü ərzində parlamentə alternativ plan təqdim etməli olacaqlar. Lakin hökumətin deputatların bu tələbini qəbul edib-etməyəcəyi sual altındadır. 

Britaniya parlamentində İcmalar Palatasının spikeri Anrea Ledsom bəyan edib ki, Tereza Mey hökumətinin bu tələbi qəbul etməkdən başqa çıxış yolu yoxdur. 

Britaniyanın “Brexit” məsələləri üzrə naziri Stiven Barkli isə bildirib ki, “Brexit” planını parlament tərəfindən rədd edilərsə, hökumətin niyyəti də elə məhz çevik davranmaq və qanunverici orqana təhlükəsizlik zəmanəti verməkdir. 

Qeyd edək ki, əgər Mey 15 yanvarda parlament səsverməsini uduzarsa Britaniyanın müxalif Leyboristlər Partiyası hökumətə qarşı etimadsızlıq səsverməsi keçirəcəklərini bəyan edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam