Orban Macarıstan XİN-ə rəhbərlik edəcək

Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar xarici işlər naziri vəzifəsinə Anita Orbanı təyin edib.
Yenixeberorg.com xəbər verir ki, Madyar bu barədə bu gün mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, gələcək hökumətdə bir sıra əsas vəzifələrlə bağlı qərarlar artıq qəbul edilib.
Maliyyə naziri Andraş Karman, iqtisadiyyat və energetika naziri İştvan Kapitanya, səhiyyə naziri Jolt Hegeduş olacaq.
Müdafiə naziri vəzifəsini Romul Rusin-Szendi, Kənd Təsərrüfatı və Ərzaq İqtisadiyyatı Nazirliyinə isə Sabolç Bona rəhbərlik edəcək.









AZ
RU