Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

45 ilin müəllimi, qazi anasından Prezidentə müraciət -“Şahbuzun icra başçısı bizə imkan vermir ki…”


Naxçıvanın Şahbuz rayon sakini, ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş Natella Məmmədova Prezident İlham Əliyevə müraciət edib.

Yenixeberorg.com: Natella Məmmədova bildirir ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün ailəsi ən sadə dolanışıq problemini belə həll edə bilmir.
Onun sözlərinə görə, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olub, Vətən uğrunda xidmət göstərib. Hazırda ailə maddi sıxıntı içində yaşadığından, özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyirlər.
Ancaq Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
“Başqaları övladlarını gizlədəndə biz, balalarımızı ön cəbhələrə göndərdik. Dövlət çağırdı, Vətən çağırdı, göndərdik.
Səhv etmişik?
Bu gün isə həmin övladların ailəsini dolandırmaq, yaşatmaq üçün öz həyətimizdə bir tikili inşa etməyə imkan vermirlər.
Cənab Prezident hər dəfə deyir ki, müharibə iştirakçılarına qayğı göstərin, onları incitməyin. Bəs niyə bizi eşidən yoxdur?”, – deyə o bildirib.

Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir.
Sanki düşmənə deyil, bunlara güllə atıb mənim oğlanlarım…
Natella Məmmədova Prezident İlham Əliyevə müraciət edərək problemin araşdırılmasını və ailəsinə qarşı yaradılan maneələrin aradan qaldırılmasını xahiş edib:

“Cənab Prezident, biz bu dövlətə ömrümüzü vermiş insanlarıq. Mən 45 il müəllim işləmişəm, həyat yoldaşım da ali dərəcəli müəllim olub. Övladlarımız Vətən uğrunda döyüşərək, qızıl qanlarını axıdıblar.
İndi isə öz şəxsi həyətimizdə dolanışıq üçün balaca dükan tikməyə imkan vermirlər. Sizdən xahiş edirəm, bu məsələyə müdaxilə edin və haqqımızın tapdalanmasına imkan verməyin”.(Tribuna.az)

Şahbuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı, qarşı tərətin mövqeyini dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam