Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

12 yaşlı uşaq bir gün nazir oldu - FOTOLAR+VİDEO

 

12 yaşlı uşaq bir gün nazir oldu - FOTOLAR+VİDEO
Peruda 12 yaşlı oğlan Xesus Mamani Ramos bir günlük ölkənin inkişaf və sosial inteqrasiya naziri olub. 

 Yenixeber.org: Bu barədə Perunun İnkişaf və Sosial İnteqrasiya Nazirliyi “Twitter” səhifəsində bəyan edib.
Qeyd olunub ki, 12 yaşlı Xesus Ramos əhalinin yoxsul təbəqəsinin sağlamlığına və təhsil sahəsində müxtəlif xidmət və imkanlarla təmin edilməsinə yönələn “Birlikdə Peru” sosial proqramı çərçivəsində nazir seçilib. 



Belə ki, proqram həyata keçirilərkən kasıb ailələrin uşaqlarının yeni il diləkləri də qeyd alınıb. Perunun cənub-şərqində, Titikaka gölünün sahilindəki Puno şəhərində yaşayan Xesus Ramos arzu edib ki, çətin həyat şəraitində yaşayan uşaqlara kömək etmək istəyərdi. Perunun inkişaf və sosial inteqrasiya naziri Liliana La Rosa 12 yaşlı uşağı paytaxta gələrək bir günlük nazir olmağa dəvət edib. 



Xesus Ramosun nazir vəzifəsinə təyin olunarkən “rəsmi” andiçmə mərasimində anası və “Birlikdə Peru” sosial proqramında iştirak edən digər uşaqlar qatılıblar. Liliana La Rosa bildirib ki, bir günlük nazir təyin olunmasına baxmayaraq, 12 yaşlı Ramosun iş qrafiki olduqca sıxdır və o, nazirlik rəhbərliyi ilə bir sıra iclaslara qatılacaq. 



Qeyd edək ki, 2017-ci ildə Peruda yoxsulların sayı 375 min nəfər (21,7%) artaraq 6 milyon 906 min nəfər təşkil edib. Müqayisə üçün deyək ki, Peru əhalisinin ümumi sayı 32,17 milyon insandır və ölkədə yoxsulluğun səviyyəsi 18 faizdir. 
Embedded video

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam