Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Camal Qaşıqçı "İlin adamı" elan edildi - FOTO


ABŞ-ın nüfuzlu “Time” junalı qətlə yetirilən jurnalist Camal Qaşıqçını "İlin adamı" elan edib.

Yenixeber.org: Bu barədə dərginin baş redaktoru Eduard Fersental məlumat verib.

O, yazısında ilk dəfədir dünyasını dəyişən şəxsi belə fəxri ada layiq gördüklərini vurğulayıb. Əslində, “Time” amansızlıqla öldürülən müxalif jurnalistin timsalında bütövlüklə qələm əhlinin, bu çətin peşənin daşıyıcılarının əməyinə yüksək qiymət verməyi qarşıya məqsəd qoyub.

Həmin ada namizədlərin hələ ötən gün elan edilən qısa siyahısına həmçinin ABŞ və Rusiya prezidentləri - Donald Trampla Vladimir Putin, hersoqinya Meqan Markl da daxil ediliblər.

Xatırladaq ki, “The Washington Post”un əməkdaşı olmuş Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilmişdi, onun meyiti hələ də tapılmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam