Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Müxalifəti seçkilərlə bağlı sərt bəyanat yaydı-Ermənistanda

 

Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yaydı

Ermənistanda növbədənkənar parlament seçkiləri məzmun etibarilə demokratiyadan çox uzaq keçib. Bu təsbit Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahının səsvermənin yekunlarına dair bəyanatında yer alıb.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bəyanatda qeyd olunub: “Seçkilər fərqli düşüncəyə dözümsüzlük, namizədlərə və onların tərəfdarlarına, yerli özünüidarəetmə orqanlarına kobud təzyiqlər və inzibati resurslardan görünməmiş miqyasda istifadə etməklə ksenofobiyanın təbliği şəraitində keçirilib”.

Partiyanın bəyanatında xatırladılıb ki, ölkədə parlament üsul-idarəsinə keçidin başlıca məqsədi cəmiyyətdə fərqli mövqedən çıxış edənlərlə həmrəylik şəraitinin yaradılması olub. “Lakin təəssüflə qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya müxtəlif təbəqələr arasında dərin uçurum yaradıb. Bununla belə, seçkilərdən əvvəl bizim qaldırdığımız məsələlər - yeni hökumətin xarici siyasəti, müdafiə və təhlükəsizlik sahələrində strategiyası bizdə narahatlıq doğurur və erməni xalqının gələcəyi də bu amillərdən asılıdır”, -deyə bəyanat müəllifləri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam